Bakıda F-1 əl qumbarası aşkarlanıb - VİDEO

12:28 16.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda yol kənarından qumbara aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi adlanan ərazidə yol kənarında hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın bir ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.